ÖZӘL TOBB ETU XӘSTӘXANASI ÜRӘK DAMAR CӘRRAHİYӘSİ ŞÖBӘSİTOBB ETU Hospital Créé: 2016-03-01 10:08:29
Nombre de Visites: 13371

ÖZӘL TOBB ETU XӘSTӘXANASI ÜRӘK DAMAR CӘRRAHİYӘSİ ŞÖBӘSİ

ÖZӘL TOBB ETU XӘSTӘXANASI ÜRӘK DAMAR CӘRRAHİYӘSİ ÜÇÜN HAZIRLANMIŞ ӘMӘLİYATXANALARI VE REANİMASİYA ŞÖBӘLӘRİ İLӘ XӘSTӘLӘRİNӘ AMERİKA VE AVROPA XӘSTӘXANALARINDAN GERİ QALMAYACAQ KEYFİYYETDE XİDMӘT GÖSTӘRMӘKDӘDİR. CӘMİ 25.000 M 2 SAHӘYӘ MALİK OLAN XӘSTӘXANANIN MEMARLIQ PLANI ’’AMERİKA MEMARLIQ KABİNETİ ’’ VӘ ’’MODERN HEALTHCARE JOURNAL’’ TӘRӘFİNDӘN AMERİKA BİRLӘŞMİŞ ŞTATLARINDA VERİLӘN XӘSTӘXANA MEMARLIQ MÜKAFATINI QAZANMIŞDIR.

ÖZӘL TOBB ETU XӘSTӘXANASI ÜRӘK DAMAR CӘRRAHİYӘSİ ŞÖBӘSİ

XӘSTӘANANIN KEYFİYYӘT KONTROLU MÖVZUSUNDA DÜNYADA ӘN QABAQCIL QURULUŞ OLAN ABŞ MӘNŞӘLİ ’’JOİNT COMMİSSON İNTERNATİONAL (JCİ) İXTİSASÇILARI TӘRӘFİNDӘN DӘQİQLKLӘ APARILAN ARAŞDIRMANIN NӘTİCӘSİNDӘ ÖZӘL TOBB ETU XӘSTӘXANASININ MİLLӘTLӘRARASI RӘQABӘT EDӘCӘK KEYFİYYETDE XİDMӘT VERDİYİ TӘSDİQLӘNMİŞ VӘ ANKARADA JCİ SERTİFİKATINA LAYİQ GÖRÜLӘN İLK XӘSTӘXANA OLMUŞDUR.

ÖZӘL TOBB ETU XӘSTӘXANASNIN ÜRӘK-DAMAR CӘRRAHİYӘ ŞÖBӘSİ MİLLӘTLӘRARASI SӘVİYYӘDӘ TANINMIŞ BİR KOLLEKTİVӘ SAHİBDİR.KOLLEKTİV ÜRӘK CӘRRAHİYӘSİNDӘ HER CÜR ӘMӘLİYATLARI HӘYATA KEÇİRӘCӘK TӘCRÜBӘ VӘ BÜNÖVRӘYӘ SAHİBDİR. ÜRӘK-DAMAR CӘRRAHİYӘ MÖZUSUNDA YENİ TEXNOLOGİYA VӘ METODLARI YAXINDAN İZLӘYӘN KOLLEKTİVİN RӘHBӘRLİYİ ALMANİYANIN FRANKFURT UNİVERSİTETİNİN ÜRӘK-DAMAR CӘRRAHİYӘSİ KAFEDRASININ MÜӘLLİMİ OLAN, DÖŞ QӘFӘSİNİ AÇMADAN ROBOT İLӘ ÜRӘK ӘMӘLİYATI HӘYATA KEÇİRӘN,TİBB ELMLӘRİ DOKTORU PROFESSOR TAYFUN AYBEKӘ TAPŞIRILMIŞDIR.

3-5 CM LİK KӘSİKLӘRDӘN ÜRӘK ӘMӘLİYATLARINI HӘYATA KEÇİRӘN KOLLEKTİV DÜNYANIN MÜXTӘLİF ÖLKӘLӘRİNDӘKİ ÜRӘK CӘRRAHLARI İLӘ SIX ӘLAQӘ SAXLAMAQDA VӘ BEYNӘLXALQ ÜRӘK-DAMAR CӘRRAHİYӘSİ CӘMİYYӘTİNDӘ TANINMAQDADIR.


KORONAR ŞUNTLAMA ӘMӘLİYATLARI.

ÜRӘK DAMARLARININ DARALMASI VӘ YA TAMAMӘN TUTULMASI İLӘ ÖZÜNÜ GÖSTӘRӘN TAC DAMAR XӘSTӘLİYİ DӘRMAN MÜALİCӘSİNӘ CAVAB VERMİRSE YA DA BALON İLӘ AÇILABİLMİRSӘ CӘRRAHİYYӘ ӘMӘLİYATINA EHTİYAC VARDIR. ӘNӘNӘVİ ŞUNTLAMA ӘMӘLİYATLARINDA DÖŞ QӘFӘSİ ÖN TӘRӘFDӘN AÇILIR VӘ AŞAGI ӘTRAFLARDAN ALINAN VENOZ DAMAR TIXALI OLAN ÜRӘK DAMARLARINA CALAQ EDİLӘRӘK ÜRӘYİN YENİDӘN QİDALANMASI BӘRPA EDİLİR.ÜRӘK YENİDӘN OKSİGEN İLӘ TӘMİN OLUNUR VӘ BAŞ VERӘ BİLӘCӘK MYOKARD İNFARKTININ QARŞISI ALINIR.BU ӘMӘLİYYAT ZAMANI ÜRӘK AĞ CYӘR APARATINDAN İSTİFADӘ EDİLİR. APARAT ӘMӘLİYYAT ZAMANI BӘDӘNDӘKİ QANI ӘVVӘLCӘ KӘNARDAKI POMPA SİSTEMİNӘ ALIR, QANI OKSGENLӘŞDİRİR SONRA BӘDӘNӘ VӘ ORQANLARA QAYTARIR.YӘNİ ÜRӘYİN VӘ AGCİYӘRİN FUNKSİYASINI ÜZӘRİNӘ GÖTÜRӘRӘK HӘR İKİSİNİN ӘMӘLİYAT ZAMANI DAYANDIRILMASINA ŞӘRAİT YARADIR.DAHA SONRA CӘRRAH ÜRӘKDӘKİ TIXANMIŞ DAMARA ALINAN DAMARI TӘK-TӘK CALAQ EDİR.BU ӘMӘLİYATA XALQ ARASIN DA DAMAR DӘYİŞDİRİLMӘSİ DEYİLİR.

TOBB ETU XӘSTӘXANASNIN ÜRӘK-DAMAR CӘRRAHİYӘ ŞÖBӘSİNDӘ BU ӘMӘLİYYATLAR ÜRӘK-AG CİYӘR APARATI İSTİFADӘ EDİLMӘDӘN YӘNİ ÜRӘYİ DAYANDIRMADAN DÖYÜNӘN ÜRӘKDӘ HӘYATA KEÇİRİLİR.BELӘLİKLӘ ӘMӘLİYYAT ZAMANI ÜRӘYİ DAYANDIRIB SONRA YENİDӘN İŞӘ SALMAĞA EHTİYAC QALMIR. NӘTİCӘDӘ ÜRӘK-AGCİYӘR APARATININ XӘSTӘYӘ VERӘBİLӘCӘYİ ZӘRӘRLӘR TAMAMӘN ARADAN QALDIRILMIŞ OLUR (XÜSUSӘN YAŞLI XӘSTӘLӘR).DİGӘR TӘRӘFDӘN AŞAGI ӘTRAFLARDAN ALINAN VENOZ DAMARLARIN ÖMRÜ ÇOX UZUN OLMADIĞINA GÖRE KOLLEKTİVİMİZ TӘRӘFİNDӘN SADӘCӘ ÖMRÜ DAHA UZUN OLAN ARTERİYAL DAMARLAR İSTİFADӘ EDİLİR.’’DÖYÜNӘN ÜRӘKDӘ ARTERİYAL DAMARLARLA ŞUNTLAMA ’’ADI İLӘ XӘSTӘXANAMIZIN ÜRӘK-DAMAR CӘRRAHİYӘSİ KOLLEKTİVİ TӘRӘFİNDӘN İLLӘRDİR MӘNİMSӘNӘN VӘ TӘTBİQ EDİLӘN BU METOD BEYNӘLXALQ SӘVİYYӘDӘ DӘ DİGӘR CӘRRAHLARIN DİQQӘTİNİ ÇӘKMİŞDİR.

DÖYÜNӘN ÜRӘKDӘ ŞUNTLAMA ӘMӘLİYYATI CӘRRAHİYӘNİN RİSKİNİ ӘN AŞAGI SӘVİYYӘYӘ ENDİRMİŞ, EYNİ ZAMANDA DӘYİŞDİRİLӘN DAMARLARIN ARTERİYAL OLDUGU ÜÇÜN DAHA UZUN ÖMÜRLÜ OLDUGU TӘSDİQ EDİLMİŞDİR.


QAPAQ ӘMӘLİYATLARI.ÜRӘK-

ÜRӘK QAPAĞINI SÜNİ QAPAQLA DӘYİŞDİRMӘK YERİNӘ QAPAĞI TӘMİR ETMӘK XӘSTӘLӘR ÜÇÜN ӘN İDEAL ÜSULDUR.YENİ TEXNİKA VӘ TEXNOLOGİYALARLA ӘKSӘR ÜRӘK QAPAQLARI TӘMİR EDİLӘBİLMӘKDӘDİR. BELӘLİKLӘ XӘSTӘLӘR ÖZ TӘBİİ ÜRӘK QAPAQLARI İLӘ HӘYATLARINI DAVAM ETDİRİR VӘ ÖMÜR BOYU QAN DURULDUCU DӘRMAN İSTİFADӘ ETMӘK MӘCBURİYӘTİNDӘ QALMIRLAR.(ӘGӘR ӘMӘLİYATDA SÜNİ MEXANİKİ QAPAQ TAXILIRSA XӘSTӘ ÖMÜR BOYU QANDURULDUCU DӘRMAN İSTİFADӘ ETMӘLİDİR-COUMADİN,WARFARİN VE S.). ӘMӘLİYAT OLUNACAQ HӘR XӘSTӘNİN ÜRӘYİ ӘTRAFLI OLARAQ TRANSEZOFAGİYAL EXOKARDİYOGRAFİYA İLE YOXLANILIR. BELӘLİKLӘ ӘMӘLİYYATLARDAN ӘVVӘL QAPAQDAKI PATOLOGİYANIN SӘBӘBİ ARAŞDIRILARAQ CӘRRAHİ METOD VӘ PLAN HAZIRLANIR ӘMӘLİYYAT ZAMANI VӘ ӘMӘLİYYATDAN SONRA DA QAPAQLARIN VӘZİYYӘTİ KONTROL EDİLİR.BU TEXNOLOGİYALAR SAYӘSİNDӘ QAPAQ ӘMӘLİYATLARI 5 CM LİK KİÇİK KӘSİKLӘRDӘN HӘYATA KEÇİRİLİR,NӘTİCӘDӘ BÖYÜK KӘSİKLӘRDӘN FӘRQLİ OLARAQ HӘM ESTETİKA SAXLANILIR HӘM DӘ SAĞALMA TEZLӘŞİR.AŞAĞIDAKI ŞӘKİLDӘ GÖSTӘRİLӘN XӘSTӘDӘ AÇAR BÖYÜKLÜĞÜNDӘKİ KӘSİKDӘN İKİ QAPAQ (AORTA VӘ MİTRAL) TӘMİR EDİLMİŞDİR.QAPAĞIN YERİNӘ GÖRӘ KӘSİK ÖNDӘN VӘYA YANDAN OLABİLӘR. ӘGӘR XӘSTӘLӘRDӘ QAPAĞIN DӘYİŞDİRİLMӘSİNӘ EHTİYAC VARSA ŞÖBӘMİZDӘ DÜNYANIN ӘN MÜASİR SÜNİ QAPAQLARINDAN İSTİFADӘ OLUNUR.

AORTA QAPAĞININ TӘMİRİ DÜNYADA ÇӘTİN VӘ NADİR ӘMӘLİYATLAR SİYAHISINDAYKӘN AORTA ANEVRİZMALARI İLӘ BİRLİKDӘ GÖRÜLӘN QAPAQ PATOLOGİYALARININ TӘMİR METODLARI KLİNİKAMIZDA GÜNDӘLİK OLARAQ HӘYATA KEÇİRİLİR. KLİNİKAMİZDA AORTA QAPAQLARININ TӘMİRİ VӘ AORTA ANEVRİZMALARI ӘMӘLİYYATLARI YÜKSӘK SӘVİYYӘDӘ HӘYATA KEÇİRİLİR.


ÜRӘK RİTİM POZULMASININ CӘRRAHİYӘSİ
.

ÜRӘK QAPAQ XӘSTӘLİKLӘRİNDӘ PATOLOGİYA SADӘCӘ QAPAQLARA ZӘRӘR VERMӘZ,EYNİ ZAMANDA ӘTRAF TOXUMALARA DA TӘSİR EDӘRӘK BÖYÜMӘYӘ YOL AÇAR. MÜASİR CİHAZLARLA ӘMӘLİYYAT SIRASINDA ÜRӘK RİTM POZULMALARI ARADAN QALDIRILARAQ İLLӘRCӘ ÜRӘK DÖYÜNTÜSÜ OLAN XӘSTӘLӘR ӘMӘLİYYATDAN SONRA NORMAL ÜRӘK RİTMİNӘ DÖNÜRLӘR.EYNİ ZAMANDA BÖYÜYӘN ÜRӘK ӘMӘLİYYATLA TӘKRAR KİÇİLDӘRӘK ӘMӘLİYYATDAN SONRA İFLİC OLMA RİSKİNİ ARADAN QALDIRMAQ MÜMKÜN OLUR.


ANADANGӘLMӘ ÜRӘK XӘSTӘLİYİ VӘ ӘMӘLİYYATLARI.

XӘSTӘXANAMIZDA YENİDOĞULMUŞ YAŞDAN ETİBARӘN BÜTÜN ÜRӘK XӘSTӘLİKLӘRİNİN CӘRRAHİYӘ ӘMӘLİYYATLARI HӘYATA KEÇİRİLMӘKDӘDİR. EYNİ ZAMANDA UŞAQ ÜRӘK ӘMӘLİYYATLARINDA KİÇİK KӘSİKLӘ CӘRRAHİYӘ TӘTBİQ EDİLMӘKDӘDİR.


BÖYÜK DAMAR ӘMӘLİYATLARI.

ÜRӘK CӘRRAHİYӘSİNİN ӘN BÖYÜK ӘMӘLİYYATI ARASINDA SAYILAN BU CӘRRAHİYӘ BÜTÜN BӘDӘNӘ QAN APARAN ANA DAMARLARIN (AORTA ) BÖYÜYÜB YIRTILMA RİSKİNİN ARTDIĞI XӘSTӘLӘRDӘ TӘTBİQ EDİLİR.

NORMAL HALDA BU ӘMӘLİYYATDA XӘSTӘ ÜRӘK-AĞ CİYӘR APARATI VASTӘSİLӘ 18 DӘRӘCӘYӘ QӘDӘR SOYUDULUR. ORQANLARIN VӘ BEYİN TOXUMASININ ӘMӘLİYYAT ZAMANI QORUNUB SAXLANMASI ANCAQ BU ŞӘKİLDӘ MÜMKÜN OLUR. XӘSTӘDӘ BÖYÜMÜŞ AORTA DAMARI DӘYİŞDİRİLİR VӘ ONUN YERİNӘ SÜNİ DAMAR YERLӘŞDİRİLİR. BU ӘNӘNӘVİ ÜSULDAN FӘRQLİ OLARAQ XӘSTӘXANAMIZDA KOLLEKTİVİMİZİN ELMİ ARAŞDIRMASI NӘTİCӘSİNDӘ SOYUTMANIN XӘSTӘLӘRDӘ MÜXTӘLİF ӘLAVӘ TӘSİRLӘRӘ YOL AÇMASI SӘBӘBİYLӘ (İFLİC,QANAMA,ÜRӘK AĞ CİYӘR ÇATIŞMAMAZLIQLARI VӘ S,) XӘSTӘLӘR SOYUDULMADAN ӘMӘLİYYAT EDİLİR,.

BU ‘’İSTİ ӘMӘLİYYATIN ‘’ ӘN ӘHӘMİYYӘTLİ FAYDASI ӘMӘLİYYAT ZAMANININ CİDDİ ŞӘKİLDӘ QISALDILMASI ,LAXTALANMA PROBLEMLӘRİ,TROMB ATMA VӘ BEYİN DAMARLARININ İŞEMİYASI KİMİ BİR ÇOX FӘSADLARIN QARŞISININ ALINMASIDIR.


YÜKSӘK RİSKLİ XӘSTӘ CӘRRAHİYӘSİ.

BÜTÜN SAHӘLӘRDӘ OLDUĞU KİMİ TİBBDӘKİ TEXNOLOGİYALARIN İRӘLİLӘMӘSİ NӘTİCӘSİNDӘ İNSANLARIN ORTA ÖMÜR MÜDDӘTİ ARTMIŞDIR. KARDİYOLOGİYA SAHӘSİNDӘ YENİ İLӘRİLӘMӘLӘRİN ( STEND,BALON DİLATASİYASI,VALVULOPLASTİKA VӘ S.) NӘTİCӘSİNDӘ XӘSTӘLӘR ÜRӘK CӘRRAHİYӘSİNӘ İRӘLİ YAŞLARDA MÜRACİӘT EDİRLӘR. BU XӘSTӘLӘRDӘ ŞӘKӘRLİ DİABET , PERİFERİK ARTERİYALARIN XӘSTӘLİYİ,ÜRӘK ÇATIŞMAMAZLIĞI,ÜREYİN İŞİNİN 25 %-İN ALTINDA OLMASI VӘ S. XӘSTӘLİKLӘR ӘMӘLİYYAT RİSKİNİ DAHA DA ARTIRIR,

YÜKSӘK RİSKLİ XӘSTӘLӘRİN ӘMӘLİYYATI ZAMANI TӘCRÜBӘLİ CӘRRAHLARA VE KOLLEKTİVӘ EHTİYAC VARDIR. BİZİM KOLLEKTİVİMİZ ӘMӘLİYYATXANA VӘ REANİMASİYA CAVABDEHLӘRİ İLӘ BİRLİKDӘ ÇOX RİSKLİ XӘSTӘLӘRӘ XİDMӘT GÖSTӘRMӘKDӘDİR. ÜRӘK-DAMAR CӘRRAHİYӘSİ KOLLEKTİVİMİZ DAİMA İNKİŞAFDA OLAN TEXNOLOGİYALARI YAXINDAN İZLӘMӘKDӘDİR.


Ce post a été écrit par TOBB ETU Hospital et vu 13371 fois.


Commentaires

Chargement en cours...


Articles Apparentés